Fotosessiya
Fotosessiya

Eminin şəxsi əşyaları hərraca çıxarılır

Eminin şəxsi əşyaları hərraca çıxarılır

Mərhum ingilis müğənni Emi Uaynhausun şəxsi əşyaları hərraca çıxarılır. 

OLAY xarici KİV-ə istinadən yazır ki, satışdan əldə edilən gəlir narkotik və alkoqol aludəçisi gənclərə yardım üçün fəaliyyat göstərən “Amy Winehouse” vəqfinə bağışlanacaq. 

Sənətçiyə məxsus paltarlar, kitablar, çantalar və ürək formasında eynəklərdən ibarət 800 əşya “Beverly Hills”də bazarlanacaq. 

İki gün davam edən hərracdan öncə əşyalar Nyu-Yorkda sərgilənəcək. Satılanlar sırasında Emi Uaynhausun ölmədən öncə konsertlərinin birində geyindiyi libas da yer alıb. 

Həmin paltarın təxminən 20 min dollara satılması gözlənilir. Ümumilikdə hərracdan 2 milyon dollar gəlir əldə edilməsi planlaşdırılıb. 

Xatırladaq ki, müğənni 2011-ci ildə vəfat edib.