Tez-tez fotosessiyaları və klipləri ilə gündəm olan müğənni Damla növbəti dəfə müzakirə yaradıb.
OLAY yazır ki, ifaçı yeni klipinin çəkilişindən fotolarını instaqramda paylaşıb. Damlanın “look”u isə izləyicilərinin diqqətindən qaçmayıb. Belə ki, sənətçi bu dəfə Türkiyənin məşhur “Camdaki Kız” serialında Nalan obrazının tərzini təkrarlayıb.
O, ekran işinin birinci fraqmanında Nalanın geyindiyi libasların bənzərindən istifadə edib.
Qeyd edək ki, müğənni daha əvvəl Ledi Qaqanın obrazını da təkrarlamışdı.