Dünyaca məşhur aktyor Coni Deppin baş rolda olacağı “La Favorite” filmindən ilk foto yayımlanıb.
OLAY yazır ki, sənətçi filmdə 15-ci Fransa Kralı Luisi canlandıracaq.
“Polisse” və “Mon Roi” kimi filmləri ilə yaddaşlarda qalan rejissor Mayven Linin bu layihəsi Hollivud ulduzunun məhkəmədən sonrakı ilk işi olacaq.