Əməkdar artist Elza Seyidcahan instaqramda oğlu Ələkbər, gəlini və nəvəsinin fotolarını paylaşıb.
OLAY yazır ki, o, nəvəsi Akifin doğum günü olduğunu bildirib. Sənətçi paylaşıma bu sözləri yazıb:
“Akif balamızın doğum günüdür. İki yaşı tamam oldu. Atalı-analı böyüsün. Atası kimi əsgər getsin, minbudaq olsun. Xalqına, vətəninə, ailəsinə , əzizlərinə hər zaman başucalığı gətirsin. Elza nənən sənə heyran olsun, Akif əfəndi”.