Xalq artisti Brilliant Dadaşova növbəti dəfə paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi şeir formatında fikirlərini bölüşüb.
O sözügedən misralarda qız övladlarına verdiyi dəyərdən söz açıb:
“Kimin qızı yoxdursa, yetimdir demək. Yalnız qız uşağı ana tək sevməyi bilir. Çünki analıq hissi təbiətində var. Xasiyyətində nə qədər qüsur olsa da, yetərincə nəvaziş var xoş hikmətində. Ətrafda görürəm dostu, yoldaşı. Qızı olmayanlar tez tükənirlər. Qızı olanlar da bilmirəm nədən, narazılıq edib, gileylənirlər”