Fotosessiya
Fotosessiya

Serenaydan yubiley fotosessiyası

Serenaydan yubiley fotosessiyası

Dünyaca məşhur “Bulgari” brendinin türk elçisi olan Serenay Sarıkaya kamera qarşısına keçib.  

OLAY yazır ki, film və serial ulduzu sözügedən markanın 28 illik yubileyi üçün fərqli pozalar verib. 

Serenayın fotolarını Emre Ünal çəkib. 

Sənətçi “Harper's Bazaar” jurnalına açıqlamasında Milanda iştirak etdiyi “Bulgari Serpenti Metamorphosis” tədbirindən də söz açıb:

“Refik Anadol ilə bir araya gəldik. Onu uzun zamandır heyranlıqla izləyir, uğurları ilə qürur duyurdum. Rəqəmsal dünyanın ən mühim sənətçilərindən biridir. Sosial media üzərindən dostluğumuz var idi. Həmin tədbirdə qonaq olacağını öyrənəndə nə olursa, olsun getməliyəm, dedim. Çox gərgin bir vaxt idi, lakin Milana yollandım. Tam təxmin etdiyim kimi möhtəşəm oldu. Milandan iki dəli türk keçdi”.