Evlənməyə hazırlaşan türk aktrisa Demet Özdemir müğənni nişanlısı Oğuzhan Koça maraqlı sürpriz edib.
OLAY yazır ki, Demet toy hədiyyəsi olaraq Oğuzhana 1 milyon türk lirəsi dəyərində (təxminən 95.800 manat) dəyərində saat alıb.
Sözügedən saat “Audemars Piguet” brendinə məxsusdur və məhdud sayda buraxılıb.
Qeyd edək ki, cütlüyün toyu 28 avqustda olacaq.