Fotosessiya
Fotosessiya

Selin və Gökhan barışdı

Selin və Gökhan barışdı

Bir müddət əvvəl ayrılan Türkiyənin sosial şəbəkə ulduzu Selin Ciğerci və iş adamı Gökhan Çıra barışıb.

OLAY yazır ki, cütlük bu barədə sosial şəbəkə hesablarında məlumat verib. Gökhan Selin ilə fotosunu paylaşaraq “Biz heç vaxt yıxılmarıq, səni sevirəm!” sözlərini qeyd edib. Ciğerci isə “3 saat əvvəl barışdıq. Hər evlilikdə və münasibətdə problemlər yaşanır. Hər kəs öz həyatına baxsın”,-deyə, bildirib.

Qeyd edək ki, Ciğerci və Çıra ötən il boşanıb bu ilin mayında bir daha evlənmişdi.