Müğənni Ayaz Qasımovun oğlu Nurlan 10 yaşına qədəm qoyub.
OLAY yazır ki, sənətçi bu münasibətlə övladını sosial media hesabında təbrik edib.
“Mənim ağıllı balam, atanın 10 illik dostu ürəyi, Nurlan. Ad günün mübarək əziz balam. Səni yeni yaşın münasibətilə təbrik edirəm. Sən mənim ümidim, dayağımsan. İnşallah, böyük oğlan olasan, biz də səninlə fəxr edək...
Çox arzu edirəm ki, öz valideynlərimə, ailəmizə necə oğul olmuşamsa, sən də bizim üçün o cür oğul olasan, ağıllı balam. Allah səni qorusun daim. Vətənimizə yararlı, layiqli şəxsiyyət, ailəmizə xeyirli övlad olasan. Amin. İnanıram ki, belə də olacaq. Adın kimi daim nurlan!”, - deyə, Ayaz yazıb.