Mühacir gedəcəyi barədə dedi-qoduları yayılan məşhur şoumen İvan Urqant Rusiyaya qayıtdıqdan sonra ilk dəfə görüntülənib.
OLAY yazır ki, şoumen uzun illərdir qəyyumlar şurasının sədri kimi əməkdaşlıq etdiyi “Dostlar” xeyriyyə fondunun tədbirində iştirak edib.
O, ənənəyə uyğun olaraq aparıcı kimi çıxış edib və “Procharity” intellektual könüllülük mükafatlarını təqdim edib.