Fotosessiya
Fotosessiya

Günayın keçmiş əri Amerikada mülk aldı

Günayın keçmiş əri Amerikada mülk aldı

Məşhur model Günay Musayevanın eks-əri, aktyor Tolqa Karel Amerikada işini daha da böyüdüb.

OLAY yazır ki, qazancını daşınmaz əmlaka yatıran keçmiş TV ulduzu bu dəfə Florida ştatının məşhur ərazilərindən birində torpaq sahibi olub.  

Karel həmin ərazisinin fotolarını instaqramda paylaşaraq yeni evinin tikintisinə başlayacaqlarını bildirib. 

“Xəyal etdiyimiz evi tikmək üçün yaxşı gündür”,- deyən Tolqa 2026-ci ildə 100 maşın tutumu olan avtopark da açacağını qeyd edib. 

Qeyd edək ki, Tolqa Günaydan boşandıqdan sonra Sarah Skott adlı xanımla ailə qurub. Onlar nikahlarından bir müddət sonra Amerikaya köçüblər. 

Günayla Tolqanın münasibətləri isə hələ də gərgindir.  Belə ki, aktyor Musayevadan olan oğlu Cahangirlə görüşmür, alimenti ödəmir.