Fotosessiya
Fotosessiya

Özkan Uğur səhnəyə qayıdır!

Özkan Uğur səhnəyə qayıdır!

Xərçəng xəstəliyindən əziyyət çəkən məşhur türk müğənni Özkan Uğur fəaliyyətinə davam edəcəyini bildirib. 

OLAY yazır ki, sənətçi bu barədə son müsahibəsində danışıb. 

“Müalicəm yaxşı davam edir. Səhnəyə çıxmağıma heç bir əngəl yoxdur”, - deyə, ifaçı bildirib. 

Qeyd edək ki, Ö. Uğur bundan əvvəl iki dəfə xərçəngə qalib gəlsə də, apreldə xəstəliyin yenidən yarandığını bildirmişdi.