Bir müddət əvvəl məhkəməlik olan Burak Özçivitlə bağlı qərar verilib.
OLAY yazır ki, çəkiliş meydançasında işçiləri söyməkdə ittiham olunan aktyor 3 min türk lirəsi məbləğində cərimə olunub.
Hakim 4 il 1 ay həbsin əvəzinə pul cəzası kəsib.
Qeyd edək ki, hadisə “Kuruluş Osman” serialının çəkilişi zamanı baş verib. Burak kamera asistentini və görüntü rejissorunu təhqir etməkdə günahlandırılır.