Olay
Olay

Burak Özçivitin həbsi tələb olunur

Burak Özçivitin həbsi tələb olunur

Tanınmış aktyor Burak Özçivitin həbsi tələb olunur.

OLAY yazır ki, onun rol aldığı “Kuruluş Osman” serialının çəkilişləri zamanı bir işçini təhqir  etdiyi üçün haqqında 4 il 1 aya qədər həbs tələbi ilə məhkəmə işi başlanılıb.

İddia olunub ki, Özçivit ötən ilin dekabr ayında bir dava zamanı dörd nəfəri təhqir edib. Məlum olub ki, aktyorun dava etdiyi şəxslərdən biri kamera asistantı, digəri görüntü rejissorudur.

Məlumata görə, Özçivit çəkiliş meydançasında çadırdan çıxarkən sözügedən şəxslərə təhqirəramiz ifadələr səsləndirib.

Qarşı tərəfin şahid kimi göstərdiyi şəxslər bu olayı təsdiqləyiblər. Özçivitin hakim qarşısına çıxması gözlənilir.