Müğənni Alişan və aktrisa xanımı Buse Varol ayrılıq iddialarını yalanlayıblar.
OLAY yazır ki, Buse bir neçə gündür yayılan boşanma şayiələrinə müğənniylə fotosunu paylaşaraq cavab verib. O, paylaşıma “Canım ərim” şərhini yazıb.
Qeyd edək ki, onlar 2018-ci ildə ailə qurublar. Cütlüyün bir qız, bir oğlan övladı var.