“Bədənim hamiləliyi tamamilə sonlandırdı. Bu prosedur zamanı ağladım... Həyati təhlükəsi olan hamiləliyimi sonlandırmaqdan başqa çarəm yox idi. Abort etmək həyatımı xilas etdi”.
OLAY yazır ki, bu sözləri dünyaca məşhur müğənni olan Helsi “Vogue” jurnalında dərc edilmiş məqaləsində deyib.
Müğənni oğlu Enderdən əvvəlki 3 uşağının bətnində tələf olduğunu açıqlayıb.
Qeyd edək ki, Helsi “Vogue” jurnalında ana olmaq, doğum etmək və çoxsaylı tələflərdən əziyyət çəkməklə bağlı həssas bir məqalə yazıb. Məqalə 2022-ci ilin iyununda Ali Məhkəmənin Ro V. Veyd-i devirməsinə cavab olaraq yazılıb.
Şahanə Paşa