“Manga” qrupunun solisti Ferman Akgülün 10 illdir münasibətdə olduğu uşaqlarının anası Bettina Kuperman ilə toyu olub.
OLAY yazır ki, ötən ilin dekabrında nikah bağlayan cütlük dünən dənizkənarında məclis qurub.
Onların xoş günündə dostları, yaxınları və ailə üzvləri iştirak edib. Müğənni Kenan Doğulu da həmkarının toyunda səhnə alıb.
Qeyd edək ki, 10 ildir münasibətdə olan Fermanla Bettinanın iki övladı var.