Fotosessiya
Fotosessiya

News24.az 4 yaşında!

News24.az 4 yaşında!

Bu gün News24.az saytının 4 yaşı tamam olur.

OLAY yazır ki, 2018-ci il iyulun 1-də fəaliyyətə başlayan internet resursu ötən müddət ərzində ölkənin tanınan saytlarından birinə çevrilib.

Peşəkar yaradıcı komandanın ərsəyə gətirdiyi, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan News24.az 4 il ərzində geniş oxucu auditoriyası toplamağı bacarıb.

Bu müddət ərzində həm dövlət qurumları, həm də qeyri- hökümət təşkilatları ilə geniş əməkdaşlıq quran portal izləyicilərini hər gün ölkədə və xaricdə baş verən mühüm hadisələrdən operativ şəkildə xəbərdar edir. 

Xəbər portalı həmçinin yarandığı vaxtdan bu günədək müxtəlif sosial və mədəniyyət layihələri həyata keçirib və bir sıra önəmli tədbirlərə informasiya dəstəyi verib.

Təbii ki, bütün bu uğurlar oxucu və izləyicilərin diqqəti sayəsində başa gəlib. 

OLAY News24.az-ı ad günü münasibətilə təbrik edir.