Fotosessiya
Fotosessiya

Üç aya 7 jurnalın siması oldu

Üç aya 7 jurnalın siması oldu

Netflix platformasında qısa müddətdə populyarlıq qazanan “Heartstopper” serialının baş ulduzu Kit Konnor kamera qarşısına keçib.  

OLAY yazır ki, gənc aktyor bu dəfə “Hunger Magazine” dərgisi üçün fotolar çəkdirib.  Şəkillərin müəllifi Rankindir.

Qeyd edək ki, Kit bundan əvvəl altı moda jurnalının siması olub.

Xatırladaq ki, serial 22 apreldə təqdim olunan Netflix Britaniyanın orijinal serialıdır. Ümumilikdə 8 seriyadan ibarət ekran işinin ilk sezonu gənclik və dram janrındadır.

Alis Osmanın eyni romanından uyğunlaşdırılan istehsalın rejissoru Euros Layn, ssenari müəllifi isə Alis Osmandır.

Serialın heyətində Co Lok, Kit Konnor, Olivia Kolman, Uilyam Qao, Yasmin Finni, Korinna Braun və Kizzi Edcel kimi adlar var.