Fotosessiya
Fotosessiya

“Ana olan” Mükremin həbs edilə bilər

“Ana olan” Mükremin həbs edilə bilər

TikTok platformasımda Mükremin adı ilə məşhurlaşan Mükremin Gezgin həbs oluna bilər.

OLAY yazır ki, aylardır hamilə olduğunu deyən və bununla populyarlaşan kişi TikToker bu dəfə uşağını “dünyaya gətirdiyini” söyləyib. 

O həm də xəstəxanadan bir körpə ilə fotosunu paylaşıb. Bu da sosial şəbəkələrdə hiddətlə qarşılanıb. 

Məsələyə İstanbul Baş Prokurorluğu da reaksiya verib. Mükremin və xəstəxana rəhbərliyi haqqında istintaq başladılıb.