Fotosessiya
Fotosessiya

Azərbaycanlılar Rusiyada mükafat aldı

Azərbaycanlılar Rusiyada mükafat aldı

Rusiyanın beşinci nüfuzlu musiqi mükafatı olan “Jara Music Awards” sahiblərinə təqdim olunub.

OLAY yazır ki, mükafatlandırma mərasimi Moskvadakı “Crocus City Hall”da baş tutub.

Tədbirə bir çox rus ulduzlar qatılıb. Mükafatlar Dima Bilan, Vanya Dmitrienko, Olqa Buzova, Sergey Lazarev, Klava Koka, Khabib və digər sənətçilərə verilib.

“İlin Qrupu” nominasiyasını qazanan “Artik & Asti” olub, mükafatı yeni solist Sevil Vəliyeva götürüb.

“İlin mahnısı” adına rep dueti “HammAli & Navai”, “İlin albomu”na Zivert layiq görülüb.