Əməkdar artist Cabir İmanov bir müddətdir yeni biznesə başlayıb.
OLAY-ın məlumatına görə, o, əl işləri olan divar saatlarını satışa çıxarıb.
Sənətçi suvenirləri emalatxanada hazırlayır. Aksessuarlarda klassik Azərbaycan xalçalarının naxışlarından istifadə olunur.