Dünyaca məşhur “Bad Seeds” qrupunun solisti, avstraliyalı müğənni Nik Keyvin oğlu Jetro Lazenbi dünyasını dəyişib.
OLAY yazır ki, 31 yaşlı Lazenbiyə şizofreniya diaqnozu qoyulub.
Melburnda yaşayan Jetronun bəzi psixi problemləri olduğu və anasına təcavüz etdiyi üçün həbs edildiyi açıqlanıb.
Ölümündən iki gün əvvəl buraxılan Lazenbinin anasını yaraladığı məlum olub.
Oğlunun ölüm xəbərini paylaşan 64 yaşlı müğənni “Böyük kədərlə oğlum Jetronun vəfat etdiyini təsdiqləyirəm” deyib.
31 yaşlı Lazenbi modellik, aktyorluq və fotoqraflıqla məşğul olub. Gənc model “Versace” və “Balenciaga” kimi brendlərin dəfilələrində yer alıb.
Keyvinin 15 yaşlı oğlu Artur 2015-ci ildə Brightonda uçurumun uçması nəticəsində həlak olub.