Fotosessiya
Fotosessiya

İlk dəfə körpəsinin fotosunu paylaşdı

İlk dəfə körpəsinin fotosunu paylaşdı

Üç ildir evli olan Bollivud aktrisası Priyanka Çopra və müğənni Nik Conas cütlüyü surroqat ana vasitəsilə dünyaya gətirdikləri körpələrinin fotosunu ilk dəfə sosial media hesablarında paylaşıblar. 

OLAY yazır ki, 39 yaşlı Çopranın körpəsini sinəsinin üstündə yatızdırdığı şəkil qısa zamanda çoxlu bəyənmə və şərh alıb. 

“Balaca qızımızın nəhayət evə qayıtması bizi çox sevindirir. Los-Ancelesdəki bütün həkimlərə, mütəxəssislərə, hər addımda fədakarlıqla orada olan tibb bacılarına təşəkkür etmək istəyirik. Növbəti bölümümüz indi başlayır, körpəmiz həqiqətən şirindir. Ananız və atanız sizi sevir. Bütün anaların Analar Günü mübarək”?- deyə bildirib. 

Qeyd edək ki, cütlüyün qız övladı 100 gün həkim nəzarətində olub.