Fotosessiya
Fotosessiya

“Victoria Secret” film olur

“Victoria Secret” film olur

Dünyaca məşhur brend “Victoria Secret” ilə bağlı sənədli film çəkilir. 

OLAY yazır ki, ekran işində markanın necə zəifləməsindən bəhs edəcək. 

Layihənin adı “Victoria’s Secret: Angel and Demons” adını daşıyacaq. Bu brendin şousunda səslənən “Mələk” adına toxunacaq. 

Rejissor isə daha əvvəl bir çox mükafatlara layiq görülən jurnalist Matt Tryanuerdir. 

2018-ci ildən bəri keçirilməyən “Victora’s Fashion show”un da nə üçün bitdiyi ekran işində yer alacaq. 

Prodüser şirkətdən bildirilib ki, layihə iyunun 18-də təqdim olunacaq. 

Bundan başqa, məlumatlar sırasında brendin model seçimində müxtəlifliyə üstünlük verəcəyi, artıq “Mələk” ifadəsinin səslənməyəcəyi də var.

Buna səbəb brendə gələn sərt reaksiyalardır. Belə ki, yalnız eyni tip və irqdən olan qızların seçimi zaman-zaman tənqid olunub.