Fotosessiya
Fotosessiya

“Victoria's Secret” ilk kişi modelini seçdi

“Victoria's Secret” ilk kişi modelini seçdi

Dünyaca məşhur “Victoria's Secret” brendi ilk kişi modelini seçib.

OLAY yazır ki, aktyor- model Darren Barnet PINK cinsiyyətsiz kolleksiyasının bir hissəsi olaraq brendlə işləyəcək.

“Biz gendersiz təkliflərimizi genişləndirməyə və brend kimi təkmilləşməyə davam etdikcə, tərəfdaşlarımızın, təkcə müştərilərimizin müxtəlifliyini deyil, həm də fərdiliyi və özünə inamı təcəssüm etdirməsini təmin etmək istəyirik”,- deyə marka açıqlamasında bildirib.

Qeyd edək ki, 30 yaşlı Barnet son zamanlar “Never Have I Ever” serialı ilə gündəmdədir.