Conni Depp və Amber Hördün məhkəməsində Amberin Conniyə zorakılıq tətbiq etdiyini göstərən səs yazıları dinlənilib.
OLAY yazır ki, aktyor prosesdə çıxış edərək hər şeyini itirdiyini yazıb:
“Məhkəmə hansı nəticəni verirsə, versin, mən hər şeyimi itirdim. Bu ittihamlar mənə doğru yönələndən bəri itirmişəm, çünki bu sonsuzadək mənimlə qalacaq. Həyatım məhv oldu. Nə uşaqlarım, nə də mən buna layiq deyilik. Yaxşı ki, uşaqlarım məndən daha ağıllıdır. Amberin yanında olmağı rədd etdilər”.
Qeyd edək ki, cütlüyün qalmaqallı boşanma prosesi artıq bir neçə ildir davam edir. Onlar dəfələrlə məhkəmədə üz-üzə gəliblər.