“Орел и решка” səyahət şousu ilə tanınan ukraynalı bloger və teleaparıcı Anton Ptuşkinin Rusiyaya girişi 50 il müddətinə qadağan edilib.
OLAY yazır ki, bu barədə “Baza” telegram kanalı məlumat yayıb. A.Ptuşkinin Rusiyaya girişi 2072-ci ilə qədər, blogerin 88 yaşı tamam olana qədər məhdudlaşdırılıb.
Qeyd edilir ki, qadağa “onun sərt anti-müharibə mövqeyi və Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı tənqidi ifadələri ilə bağlıdır.
“Baza” vurğulayır ki, əvvəllər bir sıra anonim telegram kanallarının məlumatına əsasən, Maks Barskix, Monatik, Verka Serdyuçka, Svetlana Loboda, Andrey Bednyakov kimi ulduzlara da qadağa tətbiq olunub.