Fotosessiya
Fotosessiya

Amina Rihannaya "xəyanət"indən danışdı

Amina Rihannaya "xəyanət"indən danışdı

Rihannanın sevgilisi Eysəp Rakiylə eşq yaşadığı iddia olunan Amina Muaddi açıqlama verib.

OLAY yazır ki, modelyer bu barədə instaqramda açıqlama verib.

Amina deyib ki, bu şayiələr həqiqəti əks etdirmir:

İnanırdım ki, sosial şəbəkələrdə yayılan yalanlar izahata layiq deyil. Əvvəlcə qəsdən hazırlanmış bu dedi-qoduların ciddiyə alınmayacağını düşünürdüm. Amma son 24 saat ərzində faktlardan asılı olmayaraq hər şeyi çox tez danışan bir cəmiyyətdə yaşadığımızı və bunun heç bir məhdudiyyətinin olmadığını xatırladım. Hətta bir insanın həyatının ən gözəl vaxtında belə...

Ona görə də danışmağa ehtiyacım var, çünki söhbət təkcə mənimlə bağlı deyil, çox hörmət etdiyim və sevdiyim insanlar haqqındadır. Rihanna öz dinc, ən yaxşı tərzdə hamiləlik həyatını yaşamağa davam edərkən, mən də işə qayıdıram”.