Fotosessiya
Fotosessiya

Ukraynaya dəstək üçün 30 il sonra qayıdırlar

Ukraynaya dəstək üçün 30 il sonra qayıdırlar

Məşhur ingilis rok qrupu “Pink Floyd” Ukrayna xalqına pul toplamaq üçün 30 ildən sonra mahnı çıxaracaqlar.

OLAY yazır ki, “Hey Hey Rise Up” adlı  mahnıda qrup üzvləri Devid Gilmour və Nik Meyson “BoomBox”dan ukraynalı müğənni Andriy Xlivnyuk da çıxış edib.

1980-ci illərdə qrupdan ayrılan solist Rocer Uotersin layihədə iştirak etmədiyi bildirilib.

Qrup üzvləri mahnıdan əldə olunan gəlirin Ukrayna Humanitar Fonduna veriləcəyini söyləyiblər.

Kiyevdə olan və mahnını yazarkən qəlpə yarasından müalicə alan Xlivnyukla danışdığını bildirən Gilmour “Mahnının bir hissəsini telefonda onun üçün səsləndirdim və bəyəndi. Biz birlikdə işləməyi planlaşdırırıq”, - deyə, bildirib.