“Karqo” qrupunun keçmiş solisti, müğənni Koray Candemirin anası Solmaz Candemir binadan yıxılıb.
OLAY yazır ki, 81 yaşlı Candemir 18 mərtəbəli binanın 9-cu mərtəbəsində pəncərə silərkən aşağı düşüb.
Hadisə Kadıköy Kozyatağı Məhəlləsi, Şakacı küçəsində yerləşən ərazidə baş verib. Hadisəni görən bina sakinləri vəziyyəti polisə və səhiyyə işçilərinə xəbər verib.
Həkimlər S. Candemirin vəfat etdiyini bildirib.