Fotosessiya
Fotosessiya

Cansu İspanyadakı mükafat gecəsində

Cansu İspanyadakı mükafat gecəsində

Bu il 73-cü dəfə təşkil edilən “Fotogramas De Plata” mükafatlandırma gecəsində Türkiyənin məşhur aktrisası Cansu Dere də iştirak edib. 

OLAY yazır ki, o, səhnəyə çıxaraq “Ən yaxşı aktrisa” mükafatını “La Case De Papel”in ulduzu Nəcva Nimriyə təqdim edib.

1951-ci ildən İspaniyada kino, teatr və televiziyanın ən yaxşılarının mükafatlandırıldığı builki mərasim aprelin 4-də Madridin “Eslava” teatrında baş tutub.

Mərasim üçün Madridə dəvət edilən Cansu Dere belə bir əhəmiyyətli mərasimdə iştirak etməkdən, mükafat verməkdən çox xoşbəxt və qürurlu olduğunu bildirib.