Məşhur estrada müğənnisi Maks Barskix Ukrayna silahlı qüvvələrinin sıralarında təlimlərə başlayıb.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. İfaçı videomüraciətində hərbi təlimlərin keçirildiyini bildirərək bunları qeyd edib: “Kim təsəvvür edə bilərdi? Bir ay əvvəl əlimdə mikrofon var idi, indi isə zaman dəyişir”.
M.Barskinin sözlərinə görə, iki həftəlik təlimdən sonra o, döyüş bölgəsinə gedəcək.