Fotosessiya
Fotosessiya

Qalmaqallı “Oskar”ın reytinqi nə qədər oldu?

Qalmaqallı  “Oskar”ın reytinqi nə qədər oldu?

“Oskar” Mükafatlandırma Mərasiminin reytinqləri ötən illə müqayisədə artsa da, əvvəlki uğuruna çata bilməyib.

OLAY yazır ki, budəfəki tədbirdə 3 il sonra aparıcı ilə keçirilməsi, 8 nominasiyanın canlı yayımdan çıxarılması, izləyicilərin səsinin alınması kimi bir sıra qərarlar qəbul edilib.

Bütün bunlar son illər düşən reytinqin artırılması məqsədilə həyata keçirilib. Xarici mətbuatda yer alan xəbərlərə görə, tədbir həm tamaşaçılar həm də kino sektorundan olan simalar tərəfindən tənqid edilib.

Qalmaqallara və qərarlara baxmayaraq builki tədbir ən az reytinq alan ikinci mərasim kimi “Oskar” tarixinə yazılıb. Mərasim 15 milyon tərəfindən izlənilib.