Fotosessiya
Fotosessiya

Məşhur aktyorun 18 milyonluq villası

Məşhur aktyorun 18 milyonluq villası

Ulduz aktyor Silvestr Stallone Beverli Parkdakı malikanəsini Adelə satdıqdan sonra özünə 18,2 milyon dollara yeni ev alıb.

OLAY yazır ki, məşhur aktyor yeni villası üçün 18,2 milyon dollar ödəyib.

Dörd yataq və yeddi vanna otağı olan evdə açıq mətbəx, media otağı, idman zalı və zirzəmi var.

Malikanənin geniş bağçasında hovuz, SPA, kiçik şəlalə, istixana, tərəvəz bağı və zəmi yerləşir.