Fotosessiya
Fotosessiya

Britni yenə itdi

Britni yenə itdi

Britni Spirsin instaqram hesabını ziyarət etməyə çalışan fanatları böyük bir sürprizlə qarşılaşıb.

OLAY yazır ki, səhifəni tapa bilməyən istifadəçilər 40 yaşlı amerikalı müğənninin sosial media hesabını sildiyinin fərqinə varıb.

Musiqi karyerası ilə bərabər paylaşdığı rəqs videoları ilə marağa səbəb olan Britni ötən ilin sentyabrında da itmişdi. Bir həftə sonra hesabını aktiv hala gətirən Spirs nişanlısı Sem Asqari ilə nişanlandığını bildirmişdi.

Atası Ceyms Spirslə yaşadığı problemli dönəmi və #FreeBritney trendinin nəticəsindən sonra azadlığına qovuşması fasiləyə səbəb kimi göstərilir.

40 milyondan çox izləyicisi olan Britninin digər sosial media hesabları isə aktivdir.