Olay
Olay

13 il sonra azadlığına qovuşdu

13 il sonra azadlığına qovuşdu

Dünyaca məşhur müğənni Britni Spirs 13 ildən sonra azadlığını bərpa edib.

OLAY yazır ki, Spirsin şəxsi həyatına və puluna nəzarət edən atasının qəyyumluğu başa çatıb. 

Los-Ancelesdə baş tutan məhkəmə prosesindı pop ulduzun qəyyumluğa xitam verilməsi tələbi hakim tərəfindən qəbul edilib. Ata Jamie Spirsin qəyyumluğu 30 dəqiqəlik qısa dinləmədən sonra rəsmi olaraq bitib. 

Britni qərarı alqışlayıb. Məhkəmə qarşısında gözləyən pərəstişkarlarının görüntülərini sosial media hesabında paylaşan sənətçi "Günün qalanını ağlayacağımı düşünürəm! Ən yaxşı gün", -şərhini yazıb. 

Qeyd edək ki, sənətçinin mülkləri və qərarları  psixoloji xəstəlikdən əziyyət çəkdiyi üçün 2007-ci ildə atası Ceymi Spirsin nəzarətinə keçmişdi. Bu vəziyyətə son qoymaq üçün məhkəməyə müraciət edən ifaçı prosesi “köləliyin sonu” kimi qiymətləndirmişdi.