Ukraynanın Xalq artisti Ani Lorakın ilk həyat yoldaşı, 60 yaşlı prodüser Yuri Talesa evsiz qalıb.
OLAY yazır ki, bu barədə prodüser feysbukda məlumat yayıb. O, Ukraynada aparılan hərbi əməliyyat zamanı həm evsiz, həm ofissiz qaldığını bildirib:
“Artıq nə ev, nə də ofis var. Hamı sağdır!”.
Qeyd edək ki, bir qədər əvvəl Kiyev meri Vitali Kliçko öz teleqram kanalında Ukrayna paytaxtının Podolski rayonunda bir neçə fərdi yaşayış evinə mərmilərin düşdüyünü, yanğının nəzarətə götürüldüyün demişdi.