Əməkdar artist Xəyyam Nisanov da Ağdama yola düşüb.
OLAY yazır ki, sənətçi orada lentə alınan görüntüləri instaqramda paylaşıb.
“Bura Ağdamdır! Bizim Ağdam! Vaxtilə Ağdam Qarabağın ən inkişaf etmiş şəhəri, sənaye-ticarət mərkəzi, həm də mədəni həyatın qaynadığı bir ocaq idi. Ona görə keçmiş zamanda deyirəm ki, düşmənin dağıdıcı nəfəsi buranı gördüyünüz vəziyyətə salıb. İndi artıq o keçmiş bitdi. Biz bu gün doğma torpaqlarımıza qayıtmışıq. Qayıtdıq ki, Vətən torpaqları canlansın! Əminəm ki, tezliklə bu divarlar yenidən hörüləcək, düşmənin izi-tozu da qalmayacaq! Bu torpaqlar uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu şad olsun”,- deyə Xəyyam bildirib.