2018-ci ildə keçirilən gözəllik yarışmasında “Miss Ukraine” titulunu qazanan Veronika Didusenko Los-Ancelesdə keçirdiyi mətbuat konfransında müharibədə yaşadıqlarından danışıb.
OLAY yazır ki, Didusenko savaşın ilk günündə partlayış səslərinə oyandığını və təxliyə üçün 7 yaşlı oğlu ilə birlikdə ölkə sərhədinə yollandığını bildirib.
Siqnal səslərinin hər yerdə əks-səda verdiyini qeyd edən Veronika, “Metrostansiyalarda, sığınacaqlarda milyonlarla uşaq və ana bomba səsindən çaşıb qalırdı. Qadınların orada uşaq dünyaya gətirməsi daha acınacaqlıdır”- deyə vurğulayıb.
Ukraynalıların torpaqlarını müdafiə etməkdə qərarlı olduğunu deyən Didusenko, ölkənin şərqindən, şimalından hücumların dayandırılması üçün silah və sursat dəstəyinə ehtiyac olduğunu bildirib.
O, digər ölkələri ukraynalıları və qadınları daha çox silahlandırmağa çağırıb.