Məşhur model Cici Hadid Ukrayna və Fələstini dəstəklədiyini açıqlayıb.
OLAY yazır ki, atası fələstinli, anası holland olan 26 yaşlı amerikalı model moda nümayişlərindən qazandığı pulu Ukrayna və Fələstində davam edən münaqişədə zərər çəkmiş şəxslər üçün bağışlayacaq.
İnstaqram hesabından açıqlama verən Hadid “Moda ayı təqvimində mən və həmkarlarım tarixin dağıdıcı anlarında yeni moda kolleksiyalarını nümayiş etdiririk. Bizim biznes planlarımıza çox da qarışmaq imkanımız yoxdur, amma nəsə etmək üçün podiumda “gəzmək” istəyirik”, – deyə bildirib.
Məşhur model mesajını “Siyasətdən, irqdən, dindən asılı olmayaraq hamımız bir-birimizi qardaş kimi görməliyik. Günün sonunda müharibənin qiymətini liderlər deyil, günahsız həyatlar ödəyir. Ukraynadan və Fələstindən əllərinizi çəkin!”,- sözləri ilə yekunlaşdırıb.