Aparıcı Aytəkin Mərdanovanın oğlu Fərid də məzun olub.
OLAY yazır ki, bu barədə o, özü paylaşım edib. Aytəkin oğlunun “Son zəng”indən fotolar paylaşaraq bunları yazıb:
“Bu gün əziz oğlum Fəridim 11-ci sinfi bitirdi. Mənim ağıllı oğlum, səni təbrik edirəm, yeni bir həyata qədəm qoyursan, Allahdan istəyimiz budur ki, yeni həyatının da bütün anlarında sənin yanında olmağı, sənə dəstək olmağını Allah bizə nəsib etsin. İnşallah ali məktəbə qəbul olub bizi sevindirəsən”.