Aktrisa Kəmalə Piriyeva Şuşaya gedib.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Sənətçi oradan fotosunu izləyiciləri ilə bölüşərək bu sözləri bildirib:
“Şuşa, səni bağrıma basa biləcək qədər geniş qollar istəyirəm. 30 ilə yaxın gözümüz səni görmədi, amma könlümüzdən də uzaq olmadın.
Mən səni heç vaxt görməmişdim, lakin həsrət böyütmüşdüm. Qəlbimdə sənə bəslədiyim məhəbbəti, heç vaxt görmədiyim bir yerə olan bu sevgini necə izah edim bilmirəm. Qarabağın ürəyi, sənə qayıdışımız mübarək”.