“Görülən bütün tədbirlərdə yumuşalmalar olur, lakin sənət dünyasının səsi kəsilməyə davam edir. Niyə belədir? Musiqiçilər acından öldü”.
OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında türkiyəli müğənni Gülben Ergen qeyd edib.
O, ölkəsində restoranlarla bağlı tətbiq olunan qadağadan narazılığını dilə gətirib:
“Onlar evlərindən çıxdılar! Övladlarına baxmaqda çətinlik çəkdilər!
Yaşamaq üçün hayqırırlar! Dözənlər də oldu, bacarmayanlar da.
Gecə 12-də səhnəm bitir. Amma o saatda səhnəyə çıxan həmkarlarım və dostlarım var! Musiqinin səsi kəsilə bilməz. Onun üçün vaxt məhdudiyyəti yoxdur.
Bu, səhnədən dolanışıq əldə edən minlərlə ailənin çörək pulu ilə oynamaqdır.
12-də musiqinin səsinin kəsilməsi təzyiqdir. Görmədiyimiz, bilmədiyimiz fəlakətlərin xəbərçisidir. Bu təzyiqə məruz qalan hər şey başqa yerdən arzuolunmaz şəkildə təzahür edir”.