Fotosessiya
Fotosessiya

Eda məşhur jurnala pozalar verdi

Eda məşhur jurnala pozalar verdi

“Yasak elma” serialının ulduzu Eda Ece “Marie Claire” jurnalı üçün obyektiv qarşısına keçib. 

OLAY yazır ki, sənətçi həm də açıqlamaları ilə diqqət çəkib. 

O, hazırda rol aldığı ekran işindən, münsif olduğu, qəfil final edən “Maske kimsin sen?” yarışmasından danışıb. 

“Bu yarışmanı çox sevirdim. Bütün dünyada yayımlanan əyləncəli və rəngli format idi. Televiziyaların belə layihələrə ehtiyacı var. Amma ömrü qısa oldu. Hətta ən az Türkiyədə yayımlandı. Başqa ölkələrdə hələ də davam edir. Ona görə çox məyus oldum. Lakin ekrana gəldiyi müddətdə proqram üçün əlimdən gələni etdim. Ən əsası özüm də həzz aldım. Yaxşı ki, bu işdə yer almışam, deyirəm. “Maske” ilə bağlı çox xoş sözlər eşidirəm. Fikirləşirəm ki, müsabiqədəki işimi doğru yerinə yetirmişəm. Bunun heç vaxt unudulmayacağını düşünürəm.