Fotosessiya
Fotosessiya

“Pul olmayan yerdə keyfiyyət də olmur”

“Pul olmayan yerdə keyfiyyət də olmur”

“Mənə reytinqə görə çox təkliflər gəlir. Amma pul olmayan yerdə keyfiyyət də olmur. Söhbət bizim sahədən gedir”.

OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında canlı yayım zamanı aktrisa Pərvin Abıyeva deyib. 

O bildirib ki, onun sahəsində maddiyyat çox önəmlidir:

“Bizim işdə əmək və bacarıq öz sözünü deyir. Lakin maddiyyat çox önəmlidir. Şərt tək aktyorun qonorarı deyil. Digər işlər üzrə peşəkar olanlar yaxşı pul istəyirlər. Bu da ödənilməyəndə ya zəifləri, ya da ortaları çağırırlar. İstər istəməz bu işə təsir göstərir”.