Fotosessiya
Fotosessiya

Qalkindən xanımı Puqaçova ilə paylaşım

Qalkindən xanımı Puqaçova ilə paylaşım

Bu gün Rusiyanın Xalq artisti Alla Barisovna Puqaçovanın doğum günüdür.

OLAY yazır ki, bu münasibətlə onun həyat yoldaşı, yumorist Maksim Qalkin xanımı ilə bağlı paylaşım edib.

Qalkin 76 yaşına qədəm qoyan Puqaçova ilə çəkilmiş birgə fotolarını “Ad günün mübarək, sevgilim” şərhi ilə instaqram səhifəsində yayımlayıb.

Qeyd edək ki, Alla Puqaçova həyat yoldaşı, yumortist və aktyor Maksim Qalkin və uşaqları - əkizlər Liza və Harri ilə birlikdə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra İsrailə köçüb. Oradan Fələstin-İsrail münaqişəsi yenidən başlayandan sonra cütlük ailəsi ilə birlikdə Kiprə köçüb.