Xalq artisti Miri Yusif arxivini üzə çıxarıb.
OLAY yazır ki, sənətçi instaqram səhifəsində illər əvvəl fəaliyyət göstərən “Dəyirman” rep qrupunun üzvləri Malik Kələntərli və Elmir Teymurla nərdivanda çəkilən fotonu izləyiciləri ilə bölüşüb.
Şəkilə Xalq artisti “Dəyirman dərdlərə dərman” qısa şərhini yazıb.
Qeyd edək ki, sözügedən qrupun üzvlərindən olan E.Teymur “Green card” udaraq illər əvvəl ailəsi ilə Amerika Birləşmiş Ştatlarına köçüb.