Fotosessiya
Fotosessiya

Vətənə qayıdan “Dəyirman”ın Elmiri onlarla görüşdü

Vətənə qayıdan “Dəyirman”ın Elmiri onlarla görüşdü

Keçmiş “Dəyirman” qrupunun üzvü, repçi Elmir Teymur uzun müddətdən sonra Vətənə gəlib.

OLAY yazır ki, bununla bağlı sənətçi instaqram səhifəsində məlumat yayıb. Bakıya gələn Elmir yolunu orta təhsili aldığı “8 km” adlanan ərazidə yerləşən 229 nömrəli məktəbdən salıb. Daha sonra repçi dostları ilə süfrə arxasında bir araya gəlib. Həmin yığıncaqda qrupun üzvü ABD Malik də yer alıb. 

E.Teymur həmçinin rejissor Emil Quliyev və aktyor Taleh Yüzbəyovla da görüşüb.

Qeyd edək ki, 2018-ci ildə “Greencard” qazanan E.Teymur ailəsi ilə bərabər ABŞ-yə köçüb. Onun bir qız və bir oğlan övladı var.