Dünya şöhrətli aktrisa Milla Yovoviç Rusiya və Ukrayna arasında baş verənlərlə bağlı açıqlama yayıb.
OLAY yazır ki, Rusiya əsilli kiyevli Milla köklərinin həm Ukrayna, həm də Rusiya üzərində dayandığını izah edib.
46 yaşlı bu barədə instagramda yazıb:
“Doğulduğum Ukrayna hadisələrinə görə ürəyim parçalandı. Ölkəm və bütün insanlar bombalandı. İnsanlar gizlənir. Qanım, köküm həm Rusiyadan, həm də Ukraynadandır. Baş verən vəhşilik, ölkənin dağıdılması, köçkün olan ailələri seyr etdikcə özümü parçalanmış hiss edirəm”.